Tehran Səudiyyə Ərəbistanını İranın Yəməndəki səfirliyinə aviazərbələr endirməkdə ittiham edib, Press TV məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, aviazərbələr Yəmənin paytaxtı Sanaya endirilib.
Eləcə də telekanalın məlumatına görə, səfirliyin bir neçə mühafizəçisi yaralanıb.
Daha öncə Reuter agentliyi məlumat yayıb ki, atəşkəs rejiminin ləğv edilməsindən sonra Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri koalisiyası Yəmənə endirilən aviazərbələri gücləndirib.