Səudiyyə Ərəbistanının məhkəməsi görkəmli şiə din xadimi Nimr Bəkir Nimri “milli birliyi sarsıtdığına görə” edama məhkum edib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, ruhani hakimiyyət əleyhinə 2011-ci ildə keçirilən etiraz aksiyalarının fəal iştirakçısı olub.
Din xadiminin 2012-ci ildə həbsi də etiraz dalğasına səbəb oldu. Nimr Bəkir Nimr özü həbs edilərkən yaralanıb.
Neftlə zəngin olan Səudiyyə Ərəbistanının Şərqi əyalətinin sakinləri əsasən, sünni kral ailəsi tərəfindən sıxışdırılmaqdan şikayət edən şiələrdir.
Şərqi əyalətdə etiraz aksiyaları 2011-ci ildə qonşu Bəhreyndə inqilabdan sonra meydana gəlib.
Səudiyyə Ərəbistanının hakimiyyəti şiələrin sıxışdırılmasını inkar edərək, İranı ölkədə etiraz əhval-ruhiyyəsi yaratmaqda günahlandırırlar.