Səudiyyə Ərəbistanının rəsmi nümayəndəsi krallıqda 73 illik alkoqol qadağasının ləğv ediləcəyi barədə KİV-də yayılan xəbərləri təkzib edib.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadla xəbər verir.
"Hazırda alkoqol qəbuluna icazə verilmir. Amma bilirsiniz, alkoqolsuz da əylənmək mümkündür", - deyə nümayəndə qeyd edib.
Xatırladaq ki, daha əvvəl yayılan xəbərlərdə futbol üzrə 2034-cü il dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı hazırlıqlar çərçivəsində ölkədə spirtli içkilərin satışına icazə veriləcəyi bildirilirdi.