Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova
Baku TV-də müasir Rusiya tarixində ən yaşlı qatil-manyak - Sofiya Jukova haqqında araşdırma materialı efirə gedib.
Son qurbanını öldürəndə qadının 80 yaşı var idi. 1939-cu il təvəllüdlü Sofiya savadsız və fiziki cəhətdən güclü olduğundan ömrü boyu donuz fermasında qəssab işləyib. 66 yaşında ərinin ölümündən sonra onsuz da ağır xasiyyətli Sofiya lap azğınlaşır. Qonşularla tez-tez dava edir, hamıya hədə-qorxu gəlməyə başlayır.
2006-cı ilə iki həftə qalmış Nastya Alekseyenko qonşuluqda yaşayan nənə və babasının evinə qonaq gələrək binaya girir və yoxa çıxır. Nastyanın rəfiqəsi pilləkənlərdə gördüyü qadını Sofiyaya oxşadır. Suallara cavab verən Sofiya uşağın tez-tez onlara baş çəkdiyini deyir. S.Jukovanı tanıyanlar təəccüblənirlər. Axı Sofiya uşaqları sevmir. İtini gəzdirən qonşu polisə bildirir ki, həyətdə ət parçaları görüb, amma polis gələnə qədər ət parçaları yoxa çıxır. Dekabrın 27-də Xabarovsk sakini şəhər zibilliklərinin birindən qara plastik torbada uşaq qalıqlarını tapır.
Açılmayan qətlin üstündən illər keçir və 2013-cü ildə evini satıb qızı ilə birlikdə Moskvaya köçmək qərarına gələn 77 yaşlı Anastasiya Mixeyeva sənədləşdirmə işləri gecikdiyi üçün kəndi tərk edə bilmir və bir müddət Sofiyanın evində qalmalı olur. Neçə vaxt qadından xəbər olmadığından qızı polisə müraciət edir və S.Jukova şübhəli qismində dindirilir.
O deyir ki, A.Mixeyeva həyətdə dayanmış qara rəngli avtomobilə minərək qohumlarıgilə gedib. Lakin qonşuları deyirlər ki, həyət bağlı olduğundan avtomobil içəri girə bilməzdi. Evindən A.Mixeyevanın qan izləri tapılsa da, Sofiya deyir ki, qan təzyiqi yüksək olduğundan qadının burnundan qan axıb. Lakin qonşular Sofiyanın itkin rəfiqəsinin paltarlarında gəzdiyini, əvvəllər görünməyən hal olaraq ətli pirojki hazırlayıb tanışlara payladığının şahidi olurlar.
Beləliklə, 6 il keçir və 80 yaşlı Sofiya pula olan ehtiyacından evinin bir otağını 57 yaşlı süpürgəçi Vasili Şlyaxtına kirayəyə verir. Bir ay sonra - 2019-cu ildə o da yoxa çıxır. Qonşular polisə bildirirlər ki, yanvarın 28-dən 29-na keçən gecə Sofiyanın evindən balta və qışqırıq səsləri eşidiblər. İki gündən sonra zibillikdən onun doğranmış qalıqları tapılır. Bu dəfə S.Jukova həbs edilərək istintaq təcridxanasına salınır. Evində aparılan axtarış zamanı qan izləri, balta və insan əti ilə dolu soyuducu aşkar edilir. Günahını boynuna almayan Sofiya bir müddət sonra süpürgəçinin ona təcavüz etdiyini deyir və özünü müdafiə etmək üçün ona balta vurmağa məcbur olduğunu bildirir.
İstintaq təcridxanasında iki qadınla dostlaşan S.Jukova onlara üç nəfəri necə öldürdüyünü danışır. Deyir ki, o, Nastyanı səs-küylü olduğuna, Mixeyevanı özündən çox razı olduğuna, Şlyaxtını isə onu öpdüyünə görə öldürür. O belə hərəkətlərin intiqamını ancaq insan öldürüb, onu yeməkdə görürdü. 2019-cu ildə Sofiya Jukovanın məhkəməsi başlayır.
Qətlə yetirilənlərin yaxınlarını təhqir edən və ələ salan Sofiyanın psixoloji durumu yoxlanılır və onun tam sağlam olduğu üzə çıxır. S.Jukova 2020-ci ildə COVID-19-dan dünyasını dəyişir və 2021-ci ildə ölümündən sonra hər üç qətldə günahkar bilinir.
Ətraflı süjetdə: