Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şimali Koreya və Çin 2024-cü ili “dostluq ili” elan etdilər
Şimali Koreya lideri Kim Çen In və Çinin sədri Si Cinpin yeni il üçün təbrik teleqramları mübadiləsi edərək, 2024-cü ili “Koreya-Çin dostluğu ili” elan ediblər.
Məlumata görə, 2024-cü ildə tərəflər diplomatik münasibətlərin qurulmasının 75 illiyini qeyd edəcəklər.
Kim Çen In “sosializm uğrunda mübarizədə bərqərar olmuş və möhkəmlənmiş Koreya-Çin dostluğunun sarsılmazlığının yeni ildə tam şəkildə nümayiş olunacağına əminliyini” ifadə edib.
Si Cinpin isə öz növbəsində vurğulayıb ki, “son illərdə hər iki tərəfin birgə səyləri sayəsində ənənəvi Çin-Koreya dostluq və əməkdaşlıq münasibətləri yeni tarixi dövrə qədəm qoyub”.
Liderlər KXDR və ÇXR-ə firavanlıq, hər iki ölkənin sakinlərinə xoşbəxtlik arzulayıblar.
Mənbə: TASS
"Çin" teqi üzrə xəbərlər
- Müşavir: "Çində Azərbaycanın turizm ofisini açmaq niyyətindədiyik"
- Çin dünyanın ən böyük amfibiya təyyarəsinin istehsalına başladı
- Gündə 200 dəfə jim edən 92 yaşlı çinli qadın heyrətləndirdi
- Çində dörd ildir mağarada yaşayan kişi evlilikdən niyə imtina edir?
- Çin Afrika ölkələrindən idxal edilən bütün məhsullara qarşı rüsumları ləğv edəcək