Şimali Koreyada saxlanılan ABŞ-dan olan iki turist “dövlətə qarşı cinayət” ittihamı ilə məhkəməyə veriləcək.
“Onların düşmənçilik fəaliyyəti şahidlərin və öz ifadələri ilə təsdiqlənib”, - Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.
Oxu.Az xəbər verir ki, agentliyin məlumatına əsasən, söhbət ABŞ vətəndaşaları Ceffri Faul və Metyu Millerdən gedir.
Yapon agentliyi “Kiodo”nun məlumatına əsasən, Faulu iyun ayının əvvəlində oteldə Bibliyanı unutduğu üçün saxlayıblar.
Səyahətçi Metyu Todd Milleri isə apreldə həbs ediblər.
Xristian missioneri Kennet Bey də ABŞ vətəndaşıdır, “ölkə hakimiyyətinə qarşı cinayətə görə” Şimali Koreya düşərgəsində 15 il həbs cəzasına məhkum edilib.