Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Simonyan: "Azərbaycanla danışıqlar erməni tərəfinin xəbər sızdırması səbəbindən uğursuz olub"
Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub.
Oxu.Az xəbər verir ki, A.Simonyan bu məlumatı jurnalistlərə açıqlamasında bildirib.
A.Simonyanın sözlərinə görə, məlumatların sızmasına görə Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryan məsuliyyət daşıyıb.
"Baş nazir gəlib Azərbaycan Prezidenti ilə görüşün təfərrüatını bizə danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür və o, hər şeyi açıqlayır. Sizcə, bu normaldır? Əgər Ovik Aqazaryan utanmırsa, qoy telefonunda olan məlumatları dərc etsin", - deyə o əlavə edib.

"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda barəsində cinayət işi açılan türkiyəli bloqerə qarşı ittihamlar məlum olub
- Erməni generallardan oğurladıqları pulları dövlətə qaytarmaq tələb olunur
- Ermənistan daxili işlər nazirinin səlahiyyətlərini icra edəcək şəxs axtarışındadır
- İrəvana olmayan inam - Şamaxıda İncilə əl basan imansız keşiş
- Dmitri Peskovdan ABŞ ilə bağlı mühüm açıqlama