Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Soçinin döyüşə yollanan keçmiş meri Ukraynada saxlanıldı
Ukraynadakı hərbi əməliyyatlar zonasına könüllü olaraq getmiş Soçi şəhərinin keçmiş meri Aleksey Kopayqorodski sentyabrın 25-nə keçən gecə Luqanskda saxlanılaraq Moskvaya aparılıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Kopayqorodskiyə qarşı istintaq aparılır. O, dövlət vəsaitinin səmərəsiz xərclənməsində ittiham edilir.
Bildirilir ki, onun evində axtarışlar edilib, həyat yoldaşı Anastasiya Qredina isə ifadə vermək üçün İstintaq Komitəsinə aparılıb.
2019-cu ildən Soçi şəhərinin meri vəzifəsində çalışan Aleksey Kopayqorodski 2024-cü ilin mayında istefa verib. Onun işdən çıxarılmasının başqa işə keçməsi ilə bağlı olduğu açıqlanıb. Krasnodar diyarının qubernatoru Venyamin Kondratyev Kopayqorodskinin istefası barədə məlumat verərək, onun yüksək peşəkarlığını qeyd edib və istefanın öz qərarı olduğunu vurğulayıb. Krasnodar diyarının keçmiş vitse-qubernatoru Andrey Proşunin yeni mer təyin edilib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Avropa Rusiya ilə əlaqələrin bərpasını müzakirə etməyə başladı
- Əziz Ələkbərli: "Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar"
- Putin 160 min nəfərin orduya çağırışı haqqında fərman imzaladı
- Rusiyalı qadın içində keçmiş sevgilisi olan avtomobilə od vurdu
- Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub