Makedoniyada qəribə hadisə baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, 22 yaşlı skopyeli gənc sevgilisinin onu tərk etməsindən qəzəblənib.
Qadının “yataqda çox zəifsən” sözünü qəbul etməyən gənc əsəbiləşərək cinsiyyət orqanını kəsib.
Bunu görən qadın təcili yardım çağırıb. Həkimlər 5 saatlıq əməliyyatla kəsilmiş orqanı yerinə tiksələr də, tənasül orqanının öz funksiyasını yerinə yetirib-yetirməyəcəyi məlum deyil.
Qeyd edək ki, ötən həftə də bu ölkədə oxşar hadisə baş vermişdi. Mərci uduzduğu üçün 40 yaşlı kişi cinsiyyət orqanını kəsərək tualetə atmışdı.
E.Ə.
www.oxu.az