Naberejni Çelnada (Rusiya) ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tatarıstan üzrə FHN-nin mətbuat xidmətində №62/05 evin yanması haqqında məlumat bu gün noyabrın 12-də səhər saat 7-də daxil olub.
Alov otaqlardan birini bürüyüb.
Yanğınsöndürənlər gələndə artıq mebel, yataq və pərdələr yanırdı. Mənzildə yaşayan 58 yaşlı azərbaycanlı huşunu itirib.
FHN əməkdaşları onu təmiz havaya çıxarıblar. Onu tibbi yardım maşınında xəstəxanaya yollasalar da, zərərçəkən yolda dünyasını dəyişib. Həkimlər onun dəm qazından boğulduğunu bildiriblər.
Naberejni Çelnanın nəzarət fəaliyyətinin əməkdaşı İvan Roşkov bildirib ki, Azərbaycan vətəndaşı fəhlə işləyirmiş. Onun yaşadığı mənzildə odla ehtiyatsız davrandığı üçün belə hallar tez-tez baş verirmiş, bundan başqa o həm də içki düşkünü olub. Həyatına mail olan bu yanğının səbəbi isə söndürülməmiş siqaret olub.