Şri-Lanka prezidenti Qotabaya Rajapaksa ölkədə fövqəladə vəziyyət elan edib.
Bu barədə “Reuters” hökumətin bəyanatına istinadən məlumat yayıb.
Mayın 7-də yerli vaxtla saat 00:00-dan etibarən fövqəladə vəziyyət elan ediləcək. Məlumatda deyilir ki, qərar ictimai təhlükəsizlik maraqlarına uyğun qəbul edilib.
Bu addım ölkədəki ağır iqtisadi böhranla əlaqədar prezidentin və bütün hökumətin istefası tələbi ilə ada boyu keçirilən etiraz aksiyalarından sonra atılıb.
Aprelin 1-də prezident Qotabaya Rajapaksa Mirihandakı prezident iqamətgahı qarşısında keçirilən və xalqın hökumətə qarşı küçələrə çıxmasına, ölkə boyu bir sıra nümayişlərə səbəb olan kütləvi etirazdan bir gün sonra fövqəladə vəziyyət elan edib. Lakin sonradan prezident aprelin 5-də gecə yarısından etibarən Şri-Lankada fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanı ləğv edib.
Aprelin 12-də Şri-Lanka hakimiyyəti xarici öhdəliklər üzrə defolt elan edib.
Mənbə: Gazeta.ru