Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Suriya üzərində vurulan Su-24 təyyarəsinin heyəti dövlət mükafatları ilə təltif ediləcəklər, Oxu.Az TASS-a istinadən xəbər verir.
Onun sözlərinə görə, komandirə ölümündən sonra “Rusiya qəhrəmanı” adı veriləcək.
“Komandir “Rusiya Federasiyasının Qəhrəmanı” ulduzu ilə mükafatlandırılacaq”, - Putin deyib.
Prezident həmçinin ikinci təyyarəçi-şturmanın xilas edildiyini təsdiqləyib.
“O, xilas edilib, bu, şturmandır, düşünürəm ki, o artıq bizim Hmeyimdəki aviabazadadır. Və ona da bütün əməliyyat iştirakçıları, eləcə də xilasetmə əməliyyatının iştirakçıları kimi dövlət mükafatları təqdim ediləcək. Müdafiə Nazirliyi bu təklif ilə çıxış edib”, - Putin qeyd edib.