CNN televiziya şirkətinin Nyu-Yorkdakı ofisinin əməkdaşları partlayıcı qurğunun aşkarlanması məlumatları səbəbindən təxliyə olunub.
Oxu.Az xəbər verir ki, həyəcan siqnalı hətta canlı efir zamanı eşidilib.
Verilişin aparıcısı canlı yayımda bildirib ki, bina polis tərəfindən mühasirəyə alınıb.
JUST IN: Photo obtained by @ABC shows device recovered from CNN by the NYPD bomb squad. https://t.co/U4rVcvGxWW pic.twitter.com/NUo7PPGSGK
— ABC News (@ABC) 24 октября 2018 г.
Bildirilir ki, poçt xidmətinin gətirdiyi bağlamalar arasında şübhəli əşya aşkarlandıqdan sonra binada çalışan şəxslərin təxliyə olunması barədə qərar qəbul edilib.