Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin səhhətində problem yaranıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, keçmiş dövlət başçısının Günik Sokakdakı evinə saat 14:20 radələrində iki təcili yardım maşını göndərilib.
İlkin tibbi yardımdan sonra Dəmirəl Başkent Universiteti Xəstəxanasına aparılıb.
Süleyman Dəmirəlin vəziyyətinin ağırlaşdığı bildirilir.
www.oxu.az