Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Süleymani bu səbəbə görə öldürülüb
ABŞ Milli Təhlükəsizlik müşaviri Robert O'Brayn iranlı general Qasım Süleymaninin öldürülməsində məqsədin daha çox qan tökülməsinin qarşısını almaq olduğunu bildirib.
RİA-nın xəbərinə görə, o bildirib ki, Süleymani ABŞ qoşunlarına hücüm planlaşdırmışdı:
“ABŞ İrandan münaqişəni kəskinləşdirməkdənsə, danışıqlar üçün “düzgün yol” seçməsini gözləyir. Münaqişəni dərinləşdirmək yaxşı qərar olmayacaq”.
Bundan əvvəl Tramp ABŞ-n Süleymanini zərərsizləşdirməyi İranla müharibəni davam etmək yox, dayandırmaq üçün etdiyini bildirib.
Yanvarın 3-də Süleymanini əvəz edən İsmayıl Qaani ABŞ-ın Yaxın Şərqdəki vətəndaşlarını öldürəcəyini deyib:
“Bir az səbirli olun, Orta Şərqdə amerikalıların cəsədlərini görəcəksiniz”.
"İran" teqi üzrə xəbərlər
- Üç ölkə rəsmiləri Rəşt-Astara dəmiryol xətti ilə bağlı görüş keçirəcəklər
- İranda "Məcid" raket sistemi işə salındı
- İran rəsmisi: "Suriya ilə heç bir təmas olmayıb"
- İsveç hökumətindən ittiham: "Stokholmdakı İslam Mərkəzi İranın casus bazasıdır"
- Ermənistan-İran sərhədində Rusiya bayraqları yığışdırılıb
Rəylər