İlkin tibbi yardım zamanı yol verilmiş səhvlər yeddiqat dünya çempionu Mixail Şumaxerin bərpa prosesinə mənfi təsir göstərə bilər. Əməliyyat bir qədər tez həyata keçirilsəydi, hər şey belə pis olmazdı.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Rusiya mətbuatı verdiyi məlumatına görə, Almaniyanın “Stern” qəzeti yazır ki, paramediklər ola bilər ki, almaniyalı pilotun aldığı zədəni düzgün qiymətləndirməyiblər. İdmançının yanına gələndə o hələ ayıq olub.
Yüksək ixtisaslı həkimin dediklərinə istinad edərək qəzet yazır ki, pasiyentlərin gözləri açıq olanda və danışa biləndə, çox vaxt travma düzgün qiymətləndirilmir. Pasiyentlərin çoxunda vəziyyət tez bir zamanda ağırlaşa bilər.