Suriyada 250 mücahidlə yaxınlıq edən qadın, artıq cihad etmiş sayılır və cənnətə düşür. Belə absurd fitvanı Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən qiyamçı qruplaşmaların əmirləri sosial şəbəkələrdə yayıblar.
“Cihad əl-nikah” (seks-cihad) adlanan bu fitvaya bağlı isə Sumqayıtdakı həvariclər sosial şəbəkələrdə təbliğat aparırlar.
“Həvariclər dini pərdə altında qadınları müharibəyə çəkməyə cəhd edirlər, məqsəd isə mücahid kişilərin ehtiyaclarını ödəməkdir.
Oxu.az Vesti.az-a istinadən bildirir ki, bu haqda Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Şübhəli bilinənlər siyahısına seks-cihada niyyətli olan həvariclərin nümayəndələri də daxildir.
Hal-hazırda bütün qüvvələr mücahidliyə sövq edən şəxslərin müəyyən edilməsinə yönəlib.
“Maraqlıdır ki, həvariclər sektasına girən qadınlar təhsilli deyillər, hətta çoxu 10-cu sinfi başa vurmayanlardır. Belələrini aldatmaq və cihad etməyə yollanacaqları halda düz yol seçəcəklərinə inandırmaq asandır.
Üstəlik, biz bir neçəsi ilə söhbət etmişik. Onlar fitvaya gedəcəkləri halda, Allah yolunda qüvvələrini sərf edəcəklərinə həqiqətən inanırlar” - deyə Sumqayıt ŞPİ bildirilib.
İndiyədək həvariclər sektasının 210 üzvünün uçota alındığı məlumdur. Bu əsasən Ağsu, Xaçmaz, Şamaxı və Qusar rayonlarının Sumqayıtda toplaşan sakinləridir, belə ki, “qərərgah” bu şəhərdə yerləşirdi.
Amma aparılan profilaktik tədbirlərdən sonra 80% həvariclər evlərinə dağılıblar. Onlara bu təriqətə qulluq etmələrinin və Suriyada müharibəyə yollanmalarının nə ilə nəticələnəcəyini aydınlaşdırıblar.
“Keçən ilin dekabrında Sumqayıtda baş verən silahlı münaqişəyə aidiyyatı olan lider Elçin Əkbərovun həbsindən sonra təriqətçilər demək olar ki, dağıldılar.”
Bununla yanaşı, əməliyyatçılar Sumqayıtın II mikrorayonunda yaşayan qadının öz uşaqlarını da götürüb Suriyaya cihada getdiyi barədə məlumat alıblar. Bəzi xəbərlərə görə, qadın ərini atıb. Bu barədə polislərə onun əri deyib. Tam mümkündür ki, o, Suriyaya gedənlər tərəfindən “verbovka” olunması səbəbindən belə qərar verib.
Polis qadının valideynləri ilə əlaqə saxlayıblar. Valideynlər qızlarının evdə olduğunu desələr də, onun özü ilə danışmaq isə mümkün olmayıb. Valideynlərin yalan dediyi də istisna deyil. Ona görə də ora gedib, qadının heç hara getmədiyini yoxlamaq niyyətindəyik”, - polis idarəsində bəyan ediblər.
Xatırladaq ki, bu yaxınlarda KİV üç aylıq “Cihad əl-nikah”dan sonra Suriyadan Ər-Riada qayıtmış, 15 yaşlı saudiyalı Aişə əl Bakri haqqında məlumat yaymışdılar. Onu bu addıma dini xələfi Muhammed əl Arif sövq etmişdi.
Beyrutda aeroportda olarkən Aişə qısa müsahibə verərək, Suriyaya Arifin fitvası ilə getdiyini deyib. O, izah edib ki, Allah yaxın olmaq üçün “Cihad əl-nikah” birbaşa cihad edənlərlə iştirak etmək lazımdır.
Aişə təsdiq edib ki, 1000 mücahidlə cinsi əlaqədə olub. Əsasən əlcəzairliləri, pakistanlıları, somaliləri, iraqlıları və efiopiyalıları qəbul edirdi. Aişə hamilə olduğunu amma uşağının atasının kim olduğunu bilmədiyini deyib.
Əlbəttə o şübhələnir ki, onun uşağının atası “Cəbhət ən – nüsrə” başçısı ola bilər, çünki o, israil ordusunun zabitləri ilə görüşə gedərkən Aişəni özü ilə aparmışdı. O, İsrail kəşfiyyatçıları ilə görüşə Suriya müntəzəm ordusunun hərbi hissələrinin yerdəyişmələri haqqında şəkil, sənəd və planları almaq üçün yollanmışdı.