Süni intellekt proqramını hazırlamaqla məşğul ABŞ-nin "Perplexity" şirkəti "Google"un məşhur "Chrome" veb-brauzerini 34.5 milyard dollara almağa hazır olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Mənbə yazır ki, "Perplexity"nin təklifi "Chrome"un öz dəyərini xeyli üstələyir. Belə ki, "Chrome" 18 milyard dollar dəyərində qiymətləndirilir.
Artıq bir neçə investorun sövdələşməni dəstəkləməyə razılaşdığı bildirilir.
Məlumat üçün əlavə edək ki, hələ 2024-cü ildə ABŞ Ədliyyə Departamenti "Google"u bazarda monopoliya yaradan şirkət kimi tanıyıb və şirkətin səhmlərinin bölünməsinə icazə verib.