Bu gecədən etibarən Suriya Milli Ordusunun bölmələri Fərat çayının şərq sahilində yerləşən Deyr əz-Zor vilayətində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, məqsəd hazırkı hakimiyyətə müxalif olan "Suriya Demokratik Qüvvələri"nin (SDQ) Deyr əz-Zordakı mövqelərini zərəsizləşdirməkdir.
Suriya hökuməti iddia edir ki, SDQ-nin tərkibində döyüşən kürdlər, ərəblər, türkmənlər, həmçinin assuriyalı xristianlardan ibarət çoxsaylı silahlı dəstələr ABŞ-nin rəhbərlik etdiyi qlobal koalisiyanın bir hissəsidir.
Öz növbəsində rəsmi Dəməşqə müxalif olan mənbələr Suriya ordusunun hücumu nəticəsində iki mülki vətəndaşın öldüyünü, ən azı beş nəfərin yaralandığı bildirib.
Rəylər