Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Suriya səfiri Rusiyada sığınacaq istəyinə aydınlıq gətirdi
Suriyanın Moskvadakı səfiri Bəşər əl-Cəfəri Rusiyada sığınacaq istəməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "RİA Novosti"yə açıqlamasında bildirib.
"Xeyr, bu xəbər tamamilə yalandır. Belə bir məlumatın haradan yayıldığına heyranam", - deyə o, telefon danışığı zamanı Rusiya rəsmilərinə sığınacaq tələbi ilə müraciət etməsi barədə suala cavab verərkən qeyd edib.
Suriyanın Moskvadakı səfiri Bəşər əl-Cəfəri Rusiyada sığınacaq istəyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, 8 aprel tarixində Suriya XİN ölkənin xaricdəki diplomatik nümayəndəliklərində yenidənqurma işlərinə başlanıldığını açıqlayıb.
Bildirilir ki, Suriyanın Moskvadakı səfiri Bəşər əl-Cəfəri respublika XİN-in mərkəzi aparatına geri çağırılması barədə bildiriş alıb.