Suriyada “İslam dövləti” terror qruplaşmasının əsirlərinə məxsus 70 meyitin olduğu böyük kütləvi məzarlıq aşkar edilib. Bu barədə “Sinxua” məlumat yayıb.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, məzarlıq Deyr əl-Zur şəhəri yaxınlığında tapılıb. Bununla yanaşı, əksər meyitlər yaraqlılarla mübarizə aparan Şuaitat qəbiləsinin sakinlərinə məxsusdur.
Əksər meyitlərin üzərində güllə izlərinin olduğu, bəzi meyitlərin isə başsız aşkar olunduğu bildirilir.