Suriyanın Homs şəhərində bomba partlayışları nəticəsində 17 nəfər həlak olub.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, ölənlərin əksəriyəti uşaqlardır.
Partlayışlar prezident Bəşar Əsədin mənsub olduğu ələvilərin əksəriyyət təşkil etdiyi rayonda yerləşən orta məktəb və xəstəxananın yaxınlığında törədilib.
Partlayışlar zamanı 30 uşaq həyatını itirib. Partlayışın kim tərəfindən törədildiyi məlum deyil.
Qeyd edək ki, bir zamanlar Bəşar Əsəd hakimiyyətinə qarşı inqilabların paytaxtı olan Homs şəhərinin böyük hissəsi iki il bombardman və mühasirədən sonra rejimin nəzarəti altına qayıdıb.