Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Suriyada keçid hökumətinin döyüşçüləri pusquya düşərək həlak oldular
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Aralıq dənizi sahillərində Tartus şəhəri (Dəməşqdən 220 km məsafədə) və onun ətrafında keçmiş rejim tərəfdarlarını təqib edərkən həlak olublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə SANA agentliyinə ölkənin keçid hökumətinin daxili işlər naziri Məhəmməd Əbdül Rəhman məlumat verib.
"Tartus yaxınlığındakı ərazilərdən birində asayişin qorunması üzrə əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı ünsürlər tərəfindən təşkil edilən pusquya düşüblər. Nəticədə 14 döyüşçü həlak olub, 10-u yaralanıb", - deyə o bildirib.
Daxili İşlər Nazirliyi rəisi vurğulayıb ki, hakimiyyət sabitliyin və vətəndaş sülhünün qorunması üçün səylərini əsirgəməyəcək.
"Biz Suriyanın və onun oğullarının təhlükəsizliyinə təcavüz edən hər kəsə dəmir əllə zərbə endirəcəyik", - deyə Məhəmməd Əbdül Rəhman qeyd edib.
Xatırladaq ki, daha əvvəl Tartusda keçmiş rejimin yüksəkrütbəli zabitinin həbsi zamanı 9 təhlükəsizlik qüvvəsi həyatını itirmişdi.
"Suriya" teqi üzrə xəbərlər
- İsrail Türkiyə ilə bağlı arzusuna çatır - Yaxın Şərqdə yeni konfiqurasiya
- Suriyada silahlı qruplaşmalar Müdafiə Nazirliyinə qoşulurlar
- Suriyada Milad bayramı tətil günləri olacaq
- Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyatlar keçirməyə hazırlaşır
- Ərdoğan geniş heyətlə Suriyaya səfər edəcək
Rəylər