Suriyanın Hələb şəhərinin Tel Hadiya qəsəbəsi Bəşşar Əsəd rejiminə məxsus hərbi hava qüvvələri tərəfindən hücuma məruz qalıb.
Oxu.Az-ın məlumatına görə, bombardmanlar nəticəsində 10 nəfər həlak olub. Hücum nəticəsində habelə çoxlu sayda insan yaralanıb.
Bombardmanlar zamanı çoxlu sayda avtomobilə də zərər dəyib.
A.M.
www.oxu.az