Suriya müxalifətinin atəş açdığı Rusiya helikopteri Latakiya əyalətində təcili eniş etməli olub, Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, helikopter tank əleyhinə raket ilə vurulub.
İlkin məlumata görə, helikopter Su-24 təyyarəsinin pilotlarını axtarırdı.
Xatırladaq ki, daha öncə türk qırıcıları tərəfindən vurulan Su-24 təyyarəsi Latakiya əyalətində yerə düşüb.