Suriyada “İslam dövləti” terror qruplaşmasının hücumu nəticəsində ən azı üç türk hərbçisi ölüb, yeddi hərbçi isə yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün “Doğan” agentliyi məlumat yayıb.
Məlumata görə, ekstremistlər Türkiyə SQ-nin əsgərlərinə Əl-Bab şəhərində hücum ediblər.
Türkiyə Suriya azadlıq ordusu ilə birgə avqustun 24-dən “Ərəfat qalxanı” əməliyyatına başlayıb. Məqsəd Suriyanın şimalının İŞİD-dən azad edilməsi, de-fakto isə orada təhlükəsizlik zonasının yaradılmasıdır.
N.O.
www.oxu.az