Suriya xarici işlər nazirinin müavini Faysal Mikdat Türkiyəni təhdid edən açıqlama verib.
Oxu.Az-ın xəbərinə görə, Mikdat “Suriya hava müdafiə sistemləri hər hansı bir hücum olacağı təqdirdə, Türkiyə təyyarələrini məhv etməyə hazırdır”, - deyib.
“Türk ordusunun Afrinə təşkil edəcəyi hər hansı bir hərbi əməliyyatı “hücum səbəbi” olaraq dəyərləndirərək, Türkiyəyə bəri başdan xəbərdarlıq edirik”, - deyə F.Mikdat bəyan edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az