Tacikistanda 5,4 maqnituda gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Astanadan 602 km cənubi-qərbdə baş verib.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Təhsil Nazirliyinin elm üzrə komitənin seysmoloji metodik-təcrübə ekspedisiyası məlumat yayıb.
Zərərçəkənlər və dağıntılar haqqında məlumat yoxdur, episentr Badkhşen Milli parkında qeydə alınıb.
Daha öncə Tacikistan prezidentinin mətbuat xidməti 7,2 maqnituda gücündə zəlzələ zamanı 500 evin dağıldığı barədə məlumat yaymışdı.