Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhəlim Nazarzodanin dəstəsinin 14 üzvü Vəhdət rayonunun Ramit dərəsində saxlanılıb, ölkənin DİN saytında bildirilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi, Baş prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının Vəhdət rayonunun Ramit dərəsində keçirdikləri əməliyyat nəticəsində müdafiə nazirinin keçmiş müavini Abdulhəlim Nazarzodanin dəstəsinin 14 üzvü saxlanılıb.
Hadisə yerindən silah, döyüş sursatları götürülüb.
Xatırladaq ki, sentyabrın 4-də Tacikistanın Vəhdət şəhərində Şəhər Milis İdarəsinə hücum nəticəsində 4 milis əməkdaşı həlak olub. DİN məlumatına görə hücum Tacikistan müdafiə nazirinin keçmiş müavini, Birləşmiş Tacik müxalifətinin sabiq üzvü Abdulhəlim Nazarzodaya sadiq qüvvələr tərəfindən həyata keçirilib.