Tacikistan və Özbəkistan vətəndaşları Rusiyanı tərk edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin saytında məlumat yayılıb.
Əmək mühacirləri arasında Tacikistan vətəndaşlarının sayı ay ərzində 3,8% azalaraq 862 min 321 nəfərdən ibarət olub.
Özbəkistan vətəndaşlarının sayı daha sürətlə azalır. Belə ki, onların sayı bir ay ərzində 4,1% azalıb. Hazırda bu ölkənin 1 milyon 800 min vətəndaşı Rusiya ərazisindədir.