Tailandla sərhədində baş verən münaqişə nəticəsində azı dörd kambocalı mülki şəxs ölüb, təxminən 10 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFP-yə Kambocanın informasiya naziri Net Pxeaktra məlumat verib.
Onun sözlərinə görə, ölkənin şimalındakı Oddar-Miençe və Prexvihear bölgələrinə hücumlar təşkil olunub.
Tailand hakimiyyəti Kamboca ilə gərginliyin artması səbəbindən sərhəd bölgələrindəki 641 məktəbin fəaliyyətini müvəqqəti dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Khaosod" Tailand Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ölkənin bəzi bölgələrdə məktəblərdə karantin müddətinin uzadılması və ya tədrisin onlayn sistemə keçirilməsi istisna olunmur.
Qeyd olunur ki, nazirlik vəziyyəti diqqətlə izləyir və tədbirlər planı hazırlayır. Nazirlik qeyd edib ki, şagirdlərin və məktəb işçilərinin təhlükəsizliyi əsas prioritetdir.
Tailand və Kamboca sərhəd bölgəsində qarşılıqlı hava hücumları həyata keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Khaosod" portalı məlumat yayıb.
Bildirilib ki, Tailandın Anuponq hava limanına endirilən zərbələr nəticəsində bir əsgər həlak olub, ikisi yaralanıb.
Bu gün səhər saatlarında Tailand Hərbi Hava Qüvvələri Kamboca mövqelərinə zərbə endirib və bunu milli təhlükəsizlik təhdidinə cavab adlandırıb.