Xabarovsk vilayətinin Komsomolsk-Amur şəhərində əlində bıçaq tutan taksi sürücüsü marşrut avtobusunun arxasınca düşərək sürücüyə xəsarət yetirmək istəyib.
REN TV xəbər verir ki, insidentə səbəb ictimai nəqliyyat avtobusunun taksi sürücüsünün avtomobilinə toxunması olub.
İctimai nəqliyyatda olan sərnişinlər hadisəni mobil telefonlarına çəkiblər.
Xoşbəxtlikdən taksi sürücüsü niyyətini həyata keçirə bilməyib.
Marşrut avtobusunun sürücüsü sürətlə oradan uzaqlaşıb.