İranda “Arya” investisiya şirkətinin sahiblərindən olan, 3 trilyonluq korrupsiya işinin əsas müttəhimi edam edilib.
Oxu.Az-ın Associated Press -ə istinadən verdiyi məlumata görə, Mehafərid Mənsur oğlu Əmirxosrəvi rüşvət vermək, çirkli pulların yuyulmasında iştirak etmək, qeyri-qanuni milyardlarla tümən pul almaq, korrupsiya və sövdələşmə ilə ölkənin iqtisadiyyatına xələl vurmaqda günahlandırılıb.
Qərar İran Ali Məhkəməsində təsdiq olunduqdan sonra bu gün səhər saatlarında Tehranın Evin həbsxanasında icra edilib.