Qazaxıstanın paytaxtı Alma-Atada jurnalist İlona Yekşembeyeva qətlə yetirilib, bu barədə “İnterfaks”a şəhər polis idarəsində bildiriblər.
“İlonanın bıçaq yaraları olan cəsədini bu gün nahardan sonra öz mənzilində aşkar ediblər”, - agentliyin həmsöhbəti bildirib, Oxu.Az xəbər verir.
Fakt üzrə cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir.
“Hələlik heç bir başqa informasiya açıqlanmayıb”, - polis nümayəndəsi bildirib.
40 yaşlı Yekşembeyva müxtəlif illərdə respublika kanallarının birində çalışıb, internet-nəşrlərdə dərc edilib, Alma-Atanın daxili işlər departamentinin mətbuat xidmətində çalışıb.