Gürcüstanın ən gözəl cütlüklərindən hesab edilən Tbilisi meri Kaxa Kaladze və dizayner Anuki Areşidze 6 illik evlilikdən sonra kilsədə nikah mərasimi keçirib.
Qeyd edək ki, cütlüyün Levan, Kaxaber, Vaçe və Nikolu adlı 4 oğlu var. Kilsədə keçirilən nikah mərasimindən öncə Gürcüstanın patriarxı II İlya ailənin iki böyük oğlunu xaç suyuna salıb. Nikah mərasimindən sonra Tbilisi yaxınlığındakı otellərdən birində banket verilib.
Kaxa Kaladze bir zamanlar “Milan” futbol klubunda oynamış keçmiş futbolçudur. 2017-ci ildən Tbilisinin meridir. Buna qədər o ölkəsinin energetika naziri vəzifəsində çalışıb.
Xanımı isə “Anouki” geyim brendinin əsasını qoymuş məşhur dizaynerdir. Onun əl işləri Paris və Milanın nüfuzlu moda evlərində sərgilənir.
Посмотреть эту публикацию в InstagramПосмотреть эту публикацию в Instagram"AC Milan" teqi üzrə xəbərlər
- "Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
- "Milan" cari mövsüm ilk məğlubiyyətini "Bolonya"dan aldı - Video
- Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
- Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
- Avropa Liqasında III tur həyəcanı: "Milan", "Yuventus" və "Beşiktaş" sınaq qarşısında
Digər xəbərlər