Tbilisidə “İsani” metro stansiyasının yaxınlığında baş verən yanğın lokallaşdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, əraziyə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub.
Yanğının avtomobil ehtiyat hissələri bazarında istifadə olunmuş şinlərin mağazasında baş verdiyi bildirilir.
Hadisə yerinə təcili tibbi yardım maşınları da cəlb edilib.
Xəsarət alanlar barədə məlumat hələ yoxdur.
15:57
Tbilisidə güclü yanğın başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, yanğın “İsani” metro stansiyasının yaxınlığındakı avtomobillər üçün ehtiyat hissələri bazarında qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar.
Ərazidə və ətrafda böyük tüstü dumanı yaranıb.