Türkiyənin İstanbul şəhərində yanğınsöndürən maşın qəzaya düşüb.
“Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, hadisə Beylikdüzündə baş verib.
Belə ki, yanğınsöndürənlər hadisə yerindən yanğını söndürüb geri qayıdarkən başqa bir maşın onların avtomobilinə çırpılıb.
Qəza nəticəsində işçilərdən biri yaralanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, qəza törədən sürücü isə polis idarəsinə aparılıb.
