Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tehran-İrəvan uçuşları Təbriz hava limanından həyata keçiriləcək
Dünən Şərqi Azərbaycan əyaləti üzrə Hava Limanları İdarəsinin rəisi Ramin Azəri bildirib ki, "Yezd Air" aviaşirkəti Təbriz hava limanından Tehran və İrəvan arasında uçuşlara başlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Onun sözlərinə görə, uçuşlar hər həftənin bazar ertəsi və cümə günləri Tehran-Təbriz-İrəvan və İrəvan-Təbriz-Tehran marşrutu üzrə həyata keçiriləcək.
"Noyabrın 1-dən etibarən Təbriz-İstanbul marşrutu üzrə və əks istiqamətdə də uçuşlar olacaq. Təbriz hava limanından İstanbula uçuşlar hazırda iki yerli aviaşirkət (ATA və Iran Air Tours) və iki xarici aviaşirkət tərəfindən həyata keçirilir", - deyə Ramin Azəri qeyd edib.
"İran" teqi üzrə xəbərlər
- İran-ABŞ qarşıdurması pik həddə: Nələr olacaq?
- İran həbsxanalarında edamlar: Təkcə mart ayı üzrə dəhşətli rəqəmlər açıqlandı
- İranlı deputat: "Nüvə silahımız olsaydı, Tramp bizi hədələməyə cəsarət etməzdi"
- İlham Əliyev İran prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib
- Əli Laricani: "ABŞ və ya İsrail hücum edərsə nüvə silahına əl atacağıq"