İran televiziyası Məkkədə sıxlıq nəticəsində ölən vətəndaşların sayının artması barədə məlumat yayıb, Reuters bildirib.
Oxu.Az xəbər verir ki, Həcc üzrə komitədə sıxlıq zamanı ölən iranlı zəvvarların sayı 464-ə çatıb.
Daha öncə Məkkədə ölən iranlıların sayının 226 nəfər olduğu bildirilmişdi.
Tehranın məlumatında göstərilən say Səudiyyə Ərəbistanının məlumatında göstərilən saydan artıqdır. Əsasən İran KİV-i sıxlıq zamanı 100-dən çox ölənin olduğunu bildirirdi, rəsmi məlumata əsasən isə ölənlərin sayı 769 nəfərdir.