Bu günlərdə İraqda “Amerli” serialının aktrisaları Nəriman əs-Salehi və Hale əl-Adel Tehrana səfər edərək “30 Tir” küçəsində keçirdikləri günü özlərinin sosial şəbəkə hesabında paylaşıblar.
“Azad İran” “Telegram” kanalının məlumata görə, videoda aktrisaların hicabsız olması İranın kütləvi informasiya vasitələrində müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb.
İranlı jurnalist Seyidsadiq Hüseyni bu videoya reaksiya verərək yazıb:
“Görəsən, İsfahan şəhərini İran parlamentində təmsil edən millət vəkili Əmir Hüseyn Bankipurfər (hicaba görə cərimələrin tətbiqi məsələsini həmin millət vəkili təklif etmişdi - red.) üç milyon hicab cəriməsini dollarla, yoxsa rialla hesablayır?”
Rəylər