Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təl-Əvivdə girovların ailələri magistral yolu bağlayıblar
Təl-Əvivdə girovların ailələri Ayalon magistral yolunu bağlayıblar.
Məlumata görə, Təl-Əvivdə oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülənlərin yaxınları səhər saatlarında İsrailin əsas Ayalon magistral yolunu bağlayıb. Onlar girovların fələstinli məhbuslarla dəyişdirilməsi və Rəfahdakı quru əməliyyatının ləğvi ilə bağlı razılaşma tələb ediblər.
Aksiya keçirilən ərazidə iki nəfər saxlanılıb. Biri etirazçılara yumurta atıb, ikincisi polisin getmə əmrinə tabe olmaqdan imtina edib.
Mənbə: interfax.ru
Ən çox oxunanlar
Rəylər