Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Təl-Əvivdə Hizbullahın zərbələri təhlükəsi səbəbindən bütün bomba sığınacaqları açılıb
Təl-Əviv meriyası "Hizbullah"dan gələn təhdidləri nəzərə alaraq şəhərdə 240 bomba sığınacağının hamısının açıldığını elan edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər merinin müşaviri İlana Mixaeli məlumat verib.
O qeyd edib ki, hazırda şəhərdə mədəniyyət müəssisələri bağlanıb, ictimai tədbirlər ləğv edilib.
"Lazım gələrsə, yeraltı dayanacaqlardan bomba sığınacağı kimi istifadə etmək planımız da var" , - deyə İlana Mixaeli vurğulayıb.
"İsrail" teqi üzrə xəbərlər
Ən çox oxunanlar