Tel-Əvivdə “RT” ofisinə naməlum şəxs bıçaqla hücum edib.
Oxu.Az "RT"-ə istinadən xəbər verir ki, hücum nəticəsində iki nəfər ölüb.
“Bıçaqla silahlanmış naməlum şəxs Tel-Əvivdə “RT” ofisinə hücum edib. İki nəfər ölüb, daha üç nəfər yaralanıb. Cinayətkar hələ də azadlıqdadır”, - “RT”-nin saytında məlumat yayılıb.