Oktyabrın 1-də axşam Tel-Əvivdə baş verən atışma nəticəsində yeddi İsrail vətəndaşı həlak olub, on altı nəfər yaralanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail polisinin hadisənin araşdırılması nəticəsində verdiyi xəbərdə deyilir.
Əvvəl altı nəfərin öldüyü və doqquz nəfərin yaralandığı bildirilirdi.
Terror aktının iki terrorçu tərəfindən törədildiyi müəyyən edilib, onlardan biri hadisə yerində öldürülüb, digəri isə ağır yaralanıb:
"Onlarda avtomat silahlar, patronlar və bıçaqlar olub. Hər iki hücum edən Xəlil şəhərinin (İordan çayının Qərb sahilində böyük şəhər - red.) sakinidir, əvvəllər həbs olunmayıblar, eyni zamanda məlumdur ki, onlardan biri iğtişaşlarda iştirak edib", - deyə mətbuat xidmətindən bildiriblər.
Rəylər