Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tənha qızların səyahəti üçün təhlükəli ölkələr açıqlandı
Dünyanın müxtəlif yerlərinə tənha səyahət etməyi xoşlayan nyu-yorklu səyahət bloqeri Savanna Krouell çətinliyə düşməmək üçün tək getməyi tövsiyə etmədiyi ölkələrin adını çəkib.
Oxu.Az xəbər verir ki, bir çox ölkələrə səfər etmiş qız "TikTok"da öz təcrübəsini bölüşüb.
Təhlükə siqnalı ilə qeyd olunan ilk yer Fransadır. O, 2024-cü ildə 102 milyon beynəlxalq turistin ziyarət etdiyi dünyanın ən çox ziyarət edilən ölkəsidir. Savanna bildirib ki, o, Avropa ölkəsində bir neçə təhlükəli vəziyyətlə qarşılaşıb.
İkinci yerdə Meksikadır. Bloqerin sözlərinə görə, bura səyahət etmək üçün gözəl ölkədir, amma diqqətli olmaq lazımdır.
Savannanın "qara siyahı"sındakı daha bir ölkə Nikaraquadır. Burada o, sakit yerlərdən çəkinərək yalnız sıx küçələrdə gəzməyi məsləhət görüb.
Bloqer Malayziya, Barselona (İspaniya) və doğma ABŞ-də də özünü təhlükəsiz hiss etmədiyini deyib.
Mənfi təcrübəsinə baxmayaraq, səyahətçi bu ölkələrin hamısına qayıdacağını etiraf edir.
"Turistik səfərlər" teqi üzrə xəbərlər
- Amerikalı bütün ölkələri gəzərək dünya rekordu qırdı: Bakı onun sevimli şəhərlərindən biridir
- Bakı turistləri heyran qoydu: Onlar paytaxtımız barədə nə deyirlər?
- Balidə xarici turistlər üçün yeni qaydalar tətbiq edilib
- Əcnəbilər Azərbaycan mətbəxində ən çox hansı yeməkləri sevirlər?
- Azərbaycana gələn turistlərin sayı NİYƏ AZALIB?