Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tətil səbəbindən "Volkswagen"in doqquz zavodu bağlanıb
Almaniyada avtomobil və ehtiyat hissələri istehsal edən "Volkswagen" konserninin doqquz zavodunun işçilərinin tətili bəzi müəssisələrin bağlanmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Tətil "Volkswagen"in maaşları 10% azaltmaq planlarına etiraz olaraq keçirilir.
"IG Metall" həmkarlar ittifaqının nümayəndələri şirkət rəhbərliyi ilə danışıqların növbəti mərhələsi heç bir nəticə vermədikdən sonra genişmiqyaslı tətilin keçirilməsinə qərar verib. "Volkswagen" istehsal şurasının rəhbəri Daniela Kavallo bildirib ki, danışıqların dördüncü raundu dekabrın 9-na planlaşdırılıb və bu, tərəflərin ortaq dil tapmasına, ya da gərginliyin artmasına gətirib çıxaracaq.
"Volkswagen" 87 illik tarixində ilk dəfə Almaniyadakı zavodlarını bağlamağı planlaşdırır. Şirkət xərcləri azaltmaq və mənfəəti artırmaq üçün bu addımı atmağa hazır olduğunu izah edib. Avropalı avtomobil istehsalçıları zəif tələbat, yüksək istehsal xərcləri, Çin avtomobil istehsalçılarının rəqabəti və elektrikli avtomobillərə gözləniləndən daha yavaş keçidlə üzləşirlər.
"Avto-moto" teqi üzrə xəbərlər
- Qapını çırpmaq təkcə nəzakətsizlik deyil, həm də baha başa gəlir: Maşında hansı nasazlıq ola bilər?
- İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR
- "Mercedes" yeni bolidini təqdim etdi
- Soyuq və şaxtalı hava şəraitində sürücülərin nəzərə almalı olduğu ƏSAS MƏQAMLAR
- "Lada" avtomobillərinin təhlükəsizlik yastıqlarında ciddi defekt aşkarlandı