Türkiyədə Sabiha Gökçen Hava Limanında uçmağa hazırlaşan təyyarədə bir qadın sərnişinlərə qorxulu anlar yaradıb.
DHA-nın xəbərinə görə, Kiprə gedən təyyarədə Nikar D. adlı sərnişin “mən FETÖ üzvüyəm, təyyarəni partladacam”, - deyib.
Üzü bağlı olan qadın təyyarədən endirilib və istintaqa təhvil verilib.
Axtarış zamanı təyyarədə bomba tapılmayıb.