Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
TFF qalmaqallı “Trabzonspor” - “Fənərbağça” oyunu ilə bağlı cəzaları AÇIQLADI
Türkiyə Futbol Federasiyası qalmaqallı “Trabzonspor” - “Fənərbağça” oyunu ilə bağlı yeni qərar çıxarıb.
Qərara əsasən, “Trabzonspor” klubunun məşqçisi Egemen Korkmaz Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Onun davada iştirakı ucbatından cəzalanacağı gözlənilir.
Cəzalandırılanlar arasında “Fənərbağça”dan müdafiəçilər Osei Samuel Brayt, Ostervolde Ceyden və qapıçı İrfan Can da var. Onların hər üçünə intizam işi açılıb.
İntizam komitəsi “Fənərbağça” klubunun rəsmiləri Kürşat Çiftlik və Okan Özkanı da intizama cəlb edib.
Xatırladaq ki, Türkiyə Superliqasının 30-cu turunda “Trabzonspor” - “Fənərbağça” oyunundan (2:3) sonra meydan sahibinin azarkeşləri İstanbul təmsilçisinin futbolçularına hücum çəkmişdilər.
Mənbə: Haber Global
Rəylər