İrlandiyanın “The Cranberries” rok qrupunun solisti Dolores O'Riordan 46 yaşında vəfat edib.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.
İfaçının nümayəndəsinin sözlərinə görə, Dolores O'Riordan səs yazısı sessiyası üçün Londonda olub. Hadisənin başqa təfərrüatı məlum deyil.
O'Riordan “Cranberries” kollektivinə 1990-cı ildə 18 yaşında ikən qoşulub, qrupun vokalçısı və simasına çevrilib. O, 2003-cü ildən solo karyeraya başlayıb.
A.M.
www.oxu.az