Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“The Wall Street Journal” qəzetinin müxbiri həbs edildi: Casusluqda ittiham olunur - YENİLƏNİB
Moskvanın Lefortovo məhkəməsi Yekaterinburqda saxlanılan ABŞ vətəndaşı, “The Wall Street Journal” (WSJ) qəzetinin jurnalisti Evan Gerşkoviçi casusluq ittihamı ilə həbs edib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məhkəmə özü isə şərh verməkdən qəti şəkildə imtina edib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Gerşkoviçin işinə “tam məxfi” qrifi vurulub. O özü isə təqsirini boynuna almır.
13:10
“The Wall Street Journal” qəzetinin müxbiri Evan Gerşkoviç casusluqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən ABŞ hökumətinə casusluqda şübhəli bilinən “The Wall Street Journal” qəzetinin Moskva bürosunun müxbiri, Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş, 1991-ci il təvəllüdlü, amerikalı Evan Qerşkoviçin qanunsuz fəaliyyətinin qarşısı alınıb”, - deyə məlumatda qeyd edilib.
“Müəyyən edilib ki, Evan Gerşkoviç ABŞ tərəfinin göstərişi əsasında Rusiyanın hərbi sənaye kompleksinə daxil olan müəssisələrdən birinin fəaliyyəti ilə bağlı dövlət sirri hesab olunan məlumatlar toplayıb. O, məxfi məlumatları əldə etməyə çalışarkən Yekaterinburqda saxlanılıb”, - deyə FTX-dən qeyd edilib.
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən ABŞ vətəndaşına qarşı casusluq maddəsi ilə cinayət işi açılıb.
Mənbə: TASS
Rəylər